Amerika Birləşmiş Ştatlarında daha bir nəfər "Ebola" virusuna yoluxub. Belə ki, Texas ştatında bu virusa 2-ci yoluxma faktı qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, bir neçə gün əvvəl xəstəxanada “Ebola” virusundan ölən Liberiya vətəndaşından sonra, onun müalicəsində iştirak edən səhiyyə işçisi də bu virusa yoluxub. Onun “Ebola” virusu testinin nəticələrinin müsbət çıxdığı bildirilir. İkinci xəstənin adı hələlik açıqlanmır.