27 Avqust 2020 22:38
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamenti Misrilə imzalanan Aralıq dənizinin sərhədlərinin müəyyən edilməsinə dair anlaşmanı təsdiqləyib.

Anlaşmanın təsdiqlənməsinə 178 deputat "bəli", 26 deputat "xeyir" deyib. 81 deputat isə bitərəf qalıb.

Hmçinin Yunanıstan Türkiyənin Aralıq dənizində hərbi təlim üçün elan etdiyi NAVTEX-ə cavab olaraq, NAVTEX elan edib.

Xatırladaq ki, Türkiyə Aralıq dənizində bir aylıq (avqustun 18-dən sentyabrın 15-dək) NAVTEX elan edib. NAVTEX ingilis dilində “Navigational telex” sözlərindən düzəldilən dənizçilik terminidir.

Hərəkət edən gəmi “Navtex” adlı cihazla ətrafdakı gəmilərə mesaj verir. Bu mesajlar hava vəziyyəti, qəza və sair ola bilər. Eyni zamanda ölkələr öz sahil sularında hərbi dəniz təlimləri və ya xüsusi fəaliyyət zamanı da NAVTEX elan edir, dənizdəki qurğulara xəbərdarlıq göndərirlər.

Qeyd edək ki, Şərqi Aralıq dənizində aşkarlanan karbohidrogen ehtiyatlarının çıxarılmasında Yunan Kipri, Yunanıstan, Misir, İsrail kimi hövzə dövlətləri fəal iştirak edir. Amma bu ehtiyatların bir çoxu Türkiyə, Şmali Kipr və Liviya sularında yerləşir. Ankara artıq bu istiqamətdə fəaliyyət üçün bölgəyə qazma gəmiləri göndərib, həmçinin mümkün təhdidləri önləmək üçün bura hərbi qüvvələr də yeridib. Amma qarşı tərəf bunlara etiraz edərək, Türkiyə ilə savaşa səbəb olacaq addımlar atır. Elə bu günlərdə Misir və Yunanıstanın xarici işlər nazirləri Samih Şukri ilə Nikos Dendiyas Qahirədə görüşərək, Aralıq dənizində iqtisadi zona, hüdudların təyini barədə memorandum imzalamışdır.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanla Misir arasındakı anlaşmanı etibarsız hesab edir. Qeyd olunur ki, Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur. Bu üzdən dəniz sərhədlərinin demarkasiyası haqqında imzalanan qondarma saziş etibarsızdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər