ABŞ Müdafiə Nazirliyi rəsmiləri İŞİD-ə qarşı hava əməliyyatları üçün Türkiyə ərazisindən istifadə edilməsilə bağlı razılığa gəldiklərini açıqlayıb.
Bu barədə “Associated Press” agentliyi Müdafiə Nazirliyinin adları açıqlanmayan yüksək rütbəli əməkdaşlarına istinadən məlumat yayıb.
Agentliyə açıqlama verən ABŞ rəsmiləri İŞİD-ə qarşı hava hücumu zamanı istifadə ediləcək yerlərdən biri kimi “İncirlik” hərbi hava qüvvələri bazasının da adını çəkib.
Xatırladaq ki, ötən həftə Ankaraya gələn ABŞ ordu generalı Con Alennin rəsmi Ankaradan İncirlik və Diyarbəkir vilayətindəki hərbi hava qüvvələri üçün nəzərdə tutulmuş bazalarla bağlı tələb irəli sürməsi fikri mediada daha əvvəl də səslənib.
İddialara görə, amerikalı general adıçəkilən hərbi bazaları İŞİD-ə qarşı yaradılmış koalisiya qüvvələrinin ixtiyarına verilməsini Türkiyə hökumətindən tələb edib./axar/