31 Avqust 2020 10:24
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Oruc Rəis geoloji araşdırma gəmisinin Şərqi Aralıq dənizində qazma-axtarış işi aparması üçün NAVTEX elan etməsinin ardınca Antaliyanın Kaş qəsəbəsinə gələn türk gəmiləri hazır mövqedə dayanıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Dəniz Qüvvələrinə aid 2 firkateyndən biri sürətli olaraq Kaş qəsəbəsinin qarşısındakı Limanağzı kəndində gözləyir.

Digər firkateyn isə zaman-zaman müşahidə aparmaq üçün səfərə çıxır. Bu gün səhər hərbi gəmi bütünlüklə türk bayrağı ilə bəzədilib.

Əlavə edək ki, Meis adasını önündə limanda isə Yunanıstana aid hərbi gəmi gözləmə mövqeyi tutur. Yunan gəmisi şənbə və bazar günləri Rodos adasına ərzaq və turist gəmisi gəldikdə limandan kənara çəkilir.


Müəllif: Cavad

Oxşar xəbərlər