Moskvada koronavirusa qarşı peyvəndin kütləvi tətbiqinə cari ilin sonunda başlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, paytaxt əhalisinin peyvəndlənməsi 2020-ci ilin sonu, yaxud gələn ilin əvvəlində planlaşdırılır.
Mer qeyd edib ki, əvvəlcə risk qrupunda olan şəxslərə peyvənd vurulacaq.