Bağdad Beynəlxalq Hava limanı raket zərbələrinə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, İraqın paytaxtından qərbdə yerləşən Əbu-Qreyb bölgəsindən 3 raket atılıb. Onlardan biri mülki ərazidəki dayanacağa düşüb. Nəticədə 4 avtomobilə ziyan dəyib.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. İlkin ehtimala görə, hava hücumunun hədəfi ABŞ və İraq hərbçilərinin yerləşdiyi ərazi olub.