Çinin Şimali-qərbindəki Sincan Uyğur Özerk bölgəsində iyulda Kaşqar vilayətində baş qanlı olayı təşkil etməkdə təqsirli bilinən 27 nəfər edam cəzasına layiq görülüb.
"Şinxua" xəbər agentliyinin məlumatına görə, Kaşğar Xalq Məhkəməsi Şaçı qəsəbəsində 96 nəfərin ölümünə səbəb olan hücumların təşkilində şübhəli bilinən 12 nəfərin dərhal, 15 nəfərin isə iki il sonra edam olunması barədə hökm çıxarıb.
20 nəfər isə 4 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Çində separatizmdə ittiham olunaraq həbs edilənlərlə bağlı mətbuata məlumat verilmir.
Ayxan