15 Sentyabr 2020 11:06
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Aralıq və Egey dənizlərində Türkiyəni Antalya körfəzinə sıxışdırmaq istəyən Yunanıstanın hərbi arsenalında olan S-300 hava hücumundan müdafiə sistemlərini modernzasiya etmək məqsədilə Rusiya ilə müzakirələrə başladığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, DefneNet-in xəbərinə görə, Afina S-300 PMU-1 hava müdafiə sistemlərini PMU-2 səviyyəsinə çatdırmaq üçün Rusiyaya üz tutub.

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinə yaxın təsir gücünə çatmaq istəyən Yunanıstanın “yeni silah almaq deyil, mövcud silahları inkişaf etdirmək” siyasəti çərçivəsində CAATSA-nın (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) sanksiyasına tuş gəlməyəcəyi ehtimal olunur.

Mövcud S-300-lərin mənzilini 150 kilometrdən 200 kilometrə çatdırmaq istəyən Yunanıstanın modernzasiya edilən S-300 PMU-2 sistemlərini Krit adasında quracağı iddia edilir. Yunan mediası bu sistemlərin Krit adasında bir sıra kritik nöqtələri nəzarət altına saxlayacağını qeyd edib.

Vurğulanır ki, hazırda Yunanıstan hərbi arsenalında iki ədəd S-300 PMU-1 hava müdafiə sistemləri və 96 ədəd 48N6E1 raketləri var.


Müəllif: Cavad