15 Sentyabr 2020 23:14
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlindəki “Charite” klinikasında müalicə alan Aleksey Navalnı komadan çıxdıqdan sonra ilk fotoşəkilini “İnstaqram” səhifəsində yayımlayıb.

Teleqraf.com xəbər verir ki, o, bütün gün ərzində özü nəfəs ala bildiyini deyib.

“Özüm hələlik bir şey edə bilmirəm, amma dünən bütün gün təkbaşına nəfəs ala bildim. Heç bir kənar yardım istifadə etmədim, hətta boğazımdakı ən sadə klapandan da”, – deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 14-də “Charite” klinikası Navalnının səhhətinin yaxşılaşdığını, onun süni nəfəs aparatından ayrıldığını açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər