Gürcüstanda son sutka ərzində daha 187 nəfər koronavirusa yoluxub, 46 xəstə isə sağalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 3 306-ya, sağalanların sayı isə 1 481-ə çatıb.
Qeyd edək ki, ümumilikdə xəstəlikdən 19 nəfər vəfat edib.