23 Sentyabr 2020 01:16
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 200 min nəfəri ötüb.

Teleqraf.com-un məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 6 872 925 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 200 252 nəfəri vəfat edib, 2 615 974 milyon nəfəri isə sağalıb.


Müəllif: Teleqraf.com