24 Sentyabr 2020 11:48
3 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrellə işğal edilmiş Krımla bağlı bir beynəlxalq danışıqlar platforması yaratmağı müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna başçısı oktyabrın əvvəlində 22-ci Ukrayna-AB sammitində belə bir platformanın yaradılmasını müzakirə etmək niyyətində olduğunu bildirib.

Vladimir Zelenski Krım yarımadasının azad edilməsi üçün belə bir platformanın yaradılmasının zəruri olduğunu qeyd edib. Hələlik Rusiyadan Ukrayna prezidentinin təklifinə rəsmi reaksiya verilməyib.

Krım 2014-cü ildə Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilib. Ukrayna tərəfi bunu işğal kimi qiymətləndirib.

Həmin il ABŞ, Avropa Birliyi və bəzi digər dövlətlər yarımadanın “ilhaqı” səbəbiylə Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər