"Formula-1" iştirakçıları və işçiləri yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.
Teleqraf.com xəbər verir ki, nəticədə 7 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.
Bildirilir ki, koronavirus testləri sentyabrın 18-dən 24-dək keçirilib. Testlərdən 3 256 nəfər keçib.
Qeyd edək ki, "Formula-1" çərçivəsində koronavirus testləri hər həftə keçirilir.