26 Sentyabr 2020 18:10
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə münasibətləri qaydaya salmaq üçün razılaşma imzalayan Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) F-35 qırıcıları almaqdan ötrü ABŞ-a rəsmən müraciət edib.

Teleqraf.com “Bloomberq”ə istinadən xəbər verir ki, razılaşma sənədindən bir həftə sonra bu ərəb ölkəsi ABŞ qarşısında məsələ qaldırıb.

Xəbərə görə, ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin rəsmiləri “potensial silah satışı” haqqında açıqlama verməkdən çəkinərək İsrailin hərbi gücünün qorunacağı haqqında təminat verdiklərini qeyd ediblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Jarder Kuşuner BƏƏ-yə F-35 qırıcılarının satışına dair yaşıl işıq yandıran açıqlama vermiş, İsrail isə bu məsələyə dair narahatlığını ifadə etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər