14 Oktyabr 2014 17:14
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya prezidenti Evo Morales ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əleyhinə çıxış edib.

Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, Morales bu sanksiyaları iqtisadi terror adlandırıb.

Bununla əlaqədar olaraq, Morales rusiyalılara və Rusiya prezidenti Vladimir Putinə dəstək verdiyini bildirib. O bu məsələdə ABŞ prezidenti Barak Obamanı qınayıb və qeyd edib ki, Qərb dövlətlərinin bir çoxu Ukraynanın şərqindəki vəziyyətdən xəbərsizdilər.

Xatırladaq ki, oktyabrın 12-də Boliviyada keçirilən seçkilərdə 61 faiz səs çoxluğu ilə Morales üçüncü dəfə prezident seçilib.

Samir


Müəllif:

Oxşar xəbərlər