“Türkiyəyə məxsus F-16-nın ermənilərin təyyarəsini vurması iddiası doğru deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.
“Ermənistan belə düşük təbliğat oyunu aparmaq yerinə dərhal işğal etdiyi torpaqlardan çəkilsin”, - o əlavə edib.