3 Oktyabr 2020 16:40
9 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatlarından sonra çətin duruma düşən Ermənistan baş naziri Türkiyəyə qarşı sərsəm iddia ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, o, “France24” telekanalına verdiyi müsahibədə Ankaranın Türkiyənin sərhədlərini genişləndirməyə çalışdığını iddia edib.

Türkiyəni yeni qondarma soyqırım cəfəngiyyatı ilə ittiham edən işğalçı ölkənin rəhbəri Avropa dövlətlərinə “ağıl verməyi” də yaddan çıxarmayıb:

“Türkiyənin türk imperiyasını yenidən qurmaq kimi bir hədəfi var. Bu hədəfləri reallaşsa, təəccüblənməyib. Türkiyə bunu bacarsa, Vyanaya qədər gedib çıxacaq”.

Türk mediası Nikol Paşinyanı “qorxudan nə dediyini bilməyən axmaq” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər