15 Oktyabr 2014 20:48
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Dmitri Medvedev bu gün CNBC telekanalına müsahibəsində bildirib ki, ABŞ artıq Suriya prezidenti Bəşər Əsədin istefası üçün israrla çalışmır, Şamın ayrı-ayrı qrupları ilə əməkdaşlığa üstünlük verir: "Həqiqəti söyləmək lazımdırsa, ABŞ Əsədin getməsində maraqlı deyil, Suriyadakı ayrı-ayrı qruplarla əməkdaşlığa üstünlük verir. Əgər İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə aparmaq lazım idisə, bunu koalisiya şəkilində, Suriyanın da iştirakı ilə icra etmək olardı.

Bunu kimsə istəməyə, Əsədi kimsə sevməyə bilir. Amma hazırda Əsəd hökuməti Suriya xalqının tək müdafiəçisidir".

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin baharından başlayıb. Qərb dövlətləri Əsədin istefası üçün birgə çaba göstəriblər. Ağ Ev öncə İŞİD-ə qarşı əməliyyat keçirilməyəcəyini bəyan etsə də, sonradan qərarını dəyişməli olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər