Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefaya getməklə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Mən hakimiyyəti əlimdə saxlamıram. Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan bir prezident kimi qalmaq istəmirəm”, – deyə Sooronbay Jeenbekov vətəndaşlara müraciətində öz qərarını bu cür əsaslandırıb.
Sooronbay Jeenbekov respublikanın yeni baş naziri Sadır Japarovu və digər siyasətçiləri öz tərəfdarlarını Bişkekdən çəkməyə və “dinc həyata geri dönməyə” çağırıb.