16 Oktyabr 2014 10:09
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda aparılan araşdırmalar zamanı bitkilərin istehsal etdiyi oksigenin 68 gün üçün kifayət edəcəyi iddia edilib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Marsda qurulması planlaşdırılan ilk insan koloniyasının layihəsini araşdıran ABŞ-dakı Massaçusets Universitetinin tələbələri bunun bağlı açıqlama verib. Planlaşdırmalara görə, Qırmızı planetin səthinə gedən ilk insanlar orda bitki yetişdirməklə, həm oksigen ehtiyaclarını ödəyəcək, həm də qida əldə edəcəklər.

Amma tələbələrin hesabatına görə, ərzaq payına yetəcək qədər bitki əkilsə Marsda ifrat oksigenin yığılıb qalması baş verəcək. Bu vəziyyət yanıcı bir qaz olan oksigenin partlama riskini artıracaq. Tələbələr hələ azot-oksigen tarazlığını təmin edəcək bir texnologiyanın ixtira edilmədiyini deyir.

Samir


Müəllif:

Oxşar xəbərlər