Avropa Birliyi (AB) 2015-ci ildə Alman Federal Məclisinə kiber hücumda günahkar bilinən iki Rusiya rəsmisinə və bir hərbi mütəxəssisə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, AB-nin sanksiya qərarı rəmi şəkildə açıqlanıb.
Qərara görə, rus hərbi kəşfiyyat zabiti Dmitri Sergeyeviç Badin və Rusiya Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri İqr Oleqoviç Kostyukovun əmlakı dondurulub və onların AB ölkələrinə səyahəti yasaqlanıb.
AB eyni zamanda Rusiya Hərbi Kəşfiyyat Xidmətinin 26165 nömrəli qurumunun mülkiyyəti də dondurulub.
Qeyd edək ki, 2015-ci ilə kiber hücum Almaniya Kansleri Angela Merkelin ofisindəki kompüter daxil olmaqla bir sıra deputatların kompüterinə “casus” proqramı yükləmiş və bir sıra məlumatları ələ keçirmişdi.