Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, Kliçkonun COVID-19 infeksiyası üçün oktyabrın 24-da verdiyi testin cavabı müsbət olub.
KIyev meri özünü yaxşı hiss etdiyini və ev şəraitində müalicə alacağını bildirib. O, insanları karantin rejiminə ciddi əməl etməyə səsləyib.