17 Oktyabr 2014 01:08
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Rusiyanın sərhədlərində əməliyyatların ssenarilərini hazırlayır".

Teleqraf.com İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Serqey Şoyqu bildirib.

Şoyqu NATO-nun Rusiya sərhədlərində əməliyyatlar keçirmək planının ciddi narahatlıq yaratdığını, bunun da Pentaqon tərəfindən təşkil edildiyini deyib.

ABŞ Ordusu Assosiasiyasının illik konfransı zamanı ABŞ-ın Müdafiə naziri Çak Heqel Amerika hərbçilərinin Şərqi Avropada daimi məskunlaşmasının mümkünlüyünə işarə edərək, Rusiyanın qonşularına hərbi müdaxilə etməyəcəyi günə qədər orada qalacaqlarını vurğulayıb.

Qeyd edək ki, Ukrayna hadisələrinin fonunda Rusiya və NATO arasında münasibətlərin soyuması hər iki tərəfdən hərbi fəallığın artması ilə müşayiət olunur. NATO və ABŞ Şərqi Avropada öz hərbi gücünü artırır.


Müəllif:

Oxşar xəbərlər