Türkiyənin Hakkari əyalətinin Dərəcik rayonunda PKK terroçuları İraqla sərhəddəki iki rayon arasındakı yolda təmir işləri aparan işçilərə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, silahlı hücum zamanı 1 işçi həlak olub, daha 2 nəfər ağır yaralanıb. Qeyd edilir ki, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı regionda iri miqyaslı əməliyyat başlayıb.