18 Oktyabr 2014 08:07
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Benqazi şəhərində hökumət qoşunları və islamçı qruplaşmaların silahlı dəstələri arasında baş verən toqquşmalarda ən azı 14 nəfər ölüb, 24-ə yaxını müxtəlif dərəcəli xəsarət alıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən məlumatına görə, şəhərdə vəziyyət gərgin olaraq qalır. Üsyançı general Xəlif Haftarın tərəfdarları zirehli texnika və aviasiyadan istifadə edərək, radikal islamçıların mövqelərinə hücumu davam etdirirlər.

Benqazinin küçələrində xeyli sayda yaralının olduğu bildirilir. Həkimlər hərbi əməliyyatların günü-gündən intensivləşməsi və döyüşlər gedən ərazilərə keçməyin mümkünsüzlüyünü nəzərə alaraq yaxın zamanlarda ölənlərin sayının artacağını istisna etmirlər.


Müəllif:

Oxşar xəbərlər