İsrailin Silahlı Qüvvələri Qolan Təpələrindən Əsəd rejiminin Dəməşqin cənubundakı hərbi postlarına hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Hücum nəticəsində Əsəd ordusunun 3 hərbçisinin həlak olduğu, ərazidəki hərbi nöqtlərə zərər dəydiyi bildirilib.
Dəməşqin cənubunda Əsəd ordusu ilə yanaşı, İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) və Hizbullahın mövqelərinin və ya hərbi birləşmələrinin olduğu da deyilib.