Moskva Ermənistanda müşahidə olunan aksiyaların Dağlıq Qarabağdakı vəziyyəti və bölgədə üç ölkə liderləri arasında razılaşmanın həyata keçirməsini təhdid etməyəcəyini gözləyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərlə söhbətində deyib.
Nazir müavini ümid etdiyini bildirib ki, Ermənistanda müşahidə olunan vəziyyət qeyri-sabitliyə gətirib çıxarmayacaq.