21 Noyabr 2020 15:42
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın 10-11 dekabr tarixlərində keçiriləcək Avropa Birliyi (AB) Zirvəsindən əvvəl dünən Brüsselə gedib.

Teleqraf.com xəbər verir ki, Kalın Brüsseldə AB Şurası prezidentinin baş məsləhətçisi Maryam Van den Huvel, AB Komissiyası sədrinin kabinet rəhbəri Boyern Zaybert və AB Xarici Əlaqələr Xidmətinin baş katibi Helqa Şmitlə görüşüb.

Görüşdə Türkiyə-AB əlaqələri, Aralıq dənizinin şərqindəki durum, Liviya, Suriya və Dağlıq Qarabağ kimi regional məsələlər ələ alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər