“Heç kimin şəxsi fikirləri prezident və hökumətimizlə əlaqələndirilə bilməz”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, "Gəzi parkı" hadisələrinə sponsor olanlarla, Kavalalarla heç vaxt bir yerdə ola bilməzlər: “Nə dediyimiz, harada durduğumuz, hara getdiyimiz aydındır və istiqamətimizdə kiçik bir dəyişiklik elə byoxdur. Son zamanlar bizimlə heç bir əlaqəsi olmayan ayrı-ayrı kəslərin açıqlamalarla fitnə-fəsad törətməyə çalışdıqlarını görürük.
Terror təşkilatları ilə əl-ələ, qol-qola, çiyin-çiyinə Ankaradan İstanbula gedənlərlə bir ola bilmərik. Yasin Börülərimizin ölümünə səbəb olanlar, Kobani qətliamını həyata keçirənlər Tayyib Ərdoğan və dava yoldaşları tərəfindən heç vaxt müdafiə edilə bilməzlər".
”.