ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydenin qələbəsi ilə nəticələnən 3 noyabr prezident seçkiləri ilə əlaqədar açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Tramp ABŞ-dakı federal qurumlar arasında prezidentliyə keçid əməliyyatlarından məsul olan Ümumi Xidmət Administrasiyasının (GSA) rəhbəri Emili Mörfiyə ölkəsinə sədaqətinə görə təşəkkür edib.
O, Bayden administrasiyasına keçid prosesi bu günə qədər başlamadığından Mörfinin təzyiq və təhdidlərı məriz qaldığını bildirib:
“Mübarizəmiz davam edir. İnanıram ki, mübarizə aparacağıq və qalib gələcəyik. Ancaq ölkəmizin maraqlarını qorumaq üçün Emili və komandasına keçid prosesi üçün ilk prosedurlara başlamalarını tövsiyə etdim. Eyni tövsiyəni öz komandama verdim”.
Digər tərəfdən, GSA rəhbəri Mörfi Baydenə keçid müddətinə başlaya biləcəkləri barədə bir məktub göndərib.