28 Noyabr 2020 01:36
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 441 157 nəfər yeni koronavirusa yoluxub, 9 310 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 60 534 526, ölənlərin isə 1 426 101 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır


Müəllif: Teleqraf.com