Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 4 426 nəfər yoluxub.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 132 368 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusa yoluxanlardan 3 721 nəfəri sağalıb, 35 nəfər isə vəfat edib.
Bildirilir ki, koronavirusdan sağalanların sayı 110 049 nəfər, ölənlərin sayı isə 1 230 nəfər təşkil edir.