Pakistanın paytaxtı İslamabadın Benazir Butto adına beynəlxalq hava limanı dünyanın ən pis aeroportu seçilib.
İstiqamet.com xəbər verir ki, "Sleeping Airports" saytının 2013-2014-cü illər üzrə keçirdiyi sorğunun nəticələri əsasında bu nəticəyə gəlinib.
Sərnişinlərin rəyinə əsasən, "dünyanın ən pisi" hava limanı Benazir Butto adına beynəlxalq liman olub.
Rahatlıq, imkanlar, təmizlik, müştəri xidmətləri və s. xidmətlər üzrə keçirilən sorğuda iştirak edən respondentlər İslamabaddakı hava limanından gileyləniblər.
İstiqamet.com dünyanın ən pis 10 hava limanının siyahısını təqdim edir.
1. Benazir Butto hava limanı (Pakistan)
2. Kral Abdülaziz hava limanı (Səudiə Ərəbistanı)
3. Katmandu Tribhuvan hava limanı (Nepal)
4. Manila Ninoy Aquino hava limanı (Filippin)
5. Daşkənt hava limanı (Özbəkistan)
6. Paris Beauvais-Tille hava limanı (Fransa)
7. Frankfurt Hahn hava limanı (Almaniya)
8. Bergamo Orio al Serio hava limanı (İtaliya)
9. Berlin Tegel hava limanı (Almaniya)
10. New York City LaGuardia hava limanı (ABŞ)