Qvineyanın paytaxtı Konakri yaxınlığında Türkiyənin yük gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, hücumun gecə saatlarında təşkil edildiyi bildirilib.
Məlumatda dəniz quldurlarının hazırda gəmidə olduqları deyilib. Hələlik Türkiyədən məsələ ilə əlaqədar rəsmi açıqlama verilməyib.
Hücuma məruz qalan gəminin Türkiyənin “Tango Rey” gəmisi olduğu iddia edilib.