1 Dekabr 2020 19:26
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı rejimin başçısı Bəşər Əsədin əmisi oğlu Süleyman Əsəd briqada generalı Həsən əş-Şeyxi öldürdüyünə görə aldığı 20 illik həbs cəzasının beşinci ilində sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya mediasında məlumat yayılıb.

Məlumatda cəmiyyətin Süleyman Əsədin vaxtından əvvəl həbsdən azad edilməsinə kəskin reaksiya verdiyi bildirilib.

Süleyman Əsəd 5 il əvvəl Latakiya şəhərində küçədə mübahisə etdiyi briqada generalı Həsən əş-Şeyxi odlu silahla öldürüb.

Cinayətin törədildiyi Latakiya şəhəri sakinləri Süleyman Əsədin edam cəzasına məhkum edilməsini tələb ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər