2 Dekabr 2020 15:10
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan Prezidenti Mişel Aun Mustafa Edibə avqustun 4-də Beyrut Limanında baş verən partlayışdan sonra istefa verən Həsən Diyab hökumətinin yerinə yeni bir hökumət qurma vəzifəsini vermişdi. Ancaq Edib sentyabrın 26-da Baabda Prezident Sarayındakı görüşdən sonra bundan imtina etmişdi.

Teleqraf.com xəbər verir ki, baş verənlərdən Aun oktyabrın 22-də iqtisadi böhran səbəbiylə təşkil edilən etirazlar nəticəsində ötən ilin oktyabr ayında istefa verən keçmiş Baş nazir Səəd Həririyə yeni bir hökumət qurmağı tapşırıb.

Həririnin başçılığı ilə yeni hökumətin qurulması prosesində, aradan 6 həftə keçməsinə baxmayaraq ciddi bir irəliləyiş əldə edilməyib. İddiaya görə, hökumətin qurulması prosesini mənfi təsir edən amillər arasında ABŞ-da prezident seçkilərində qalib gələn Co Baydenin vəzifəyə gəlməsinin gözlənilməsi, eyni zamanda Hizbullah və Azad Vətəndaş Hərəkatı lideri Cibril Basilin bəzi nazirliklərin onlara verilməsini israrla tələb etmələridir.

Parlamentin sədri Nebih Berri rəhbərlik etdiyi Şiə Amal hərəkatının üzvü Məhəmməd Nəsrullah Livan hökumətinin qurulması zamanı ABŞ-ın bəzi şərtlər qoyduğunu söyləyib.

Livanlı siyasi analitik Coni Munayer ”Livan hökumətinin qurulması üçün ABŞ seçkilərində qalib gələn Co Baydenin kürsüyə oturması gözlənilir” fikri ilə razılaşır.

Hökumətin qurulması prosesinin gecikməsində yalnız daxili deyil, həm də xarici təsirlərin olduğunu dilə gətirən Munayer Fransa Prezidenti Emmanuel Makronun texnokratlar hökuməti qurmaq təşəbbüsünün Səəd Hariri tərəfindən qətiyyətlə dəstəkləndiyini, lakin Prezident Aun və kürəkəni Cibril Basilin bunu qəbul etmədiyini söyləyib.

Livan Proqressiv Sosialist Partiyasının millət vəkili Feysəl əs-Sayiq də, Livandakı daxili qarışıqlığın yeni hökumətin qurulmasını çətinləşdirdiyini bildirib.

Hizbullaha yaxın siyasi analitik Qasım Kasir hesab edir ki, Aun və Həriri arasındakı nazirlik kvotaları ilə əlaqədar daxili mübahisələr hökumətin qurulmasını gecikdirir.

Kasir qeyd edib ki, ABŞ-ın Hizbullahın bəzi nazirlikləri alacağı təqdirdə Livanı sanksiyalarla hədələyib.

ABŞ Maliyyə Nazirliyi keçən ay Livanın keçmiş xarici işlər naziri Cibran Basilin sanksiya siyahısına daxil olduğunu açıqlayıb. Maliyyə naziri Steven Mnuçin sanksiyaların Basilin korrupsiya və Hizbullahla əlaqələrinə görə tətbiq edildiyini söyləyib.

Keçmiş maliyyə naziri, Şiə Amal Hərəkatının üzvü Əli Həsən Xəlil və Xristian Marada partiyasının üzvü, keçmiş nəqliyyat naziri Yusif Finyanus Hizbullahı dəstəklədiyi üçün ABŞ-ın sanksiya siyahısına salınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər