5 Dekabr 2020 10:00
6 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Avropa Birliyi münasibətlərinin gələcəyi üçün son dərəcə əhəmiyyətli bir dövrə qədəm qoyur. Birliyin dövlət və hökumət başçıları 10-11 dekabr tarixlərində AB Şurası Sammitində bir araya gələcəklər.

Teleqraf.com “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, Aralıq dənizinin şərqindəki son gəlişmələr zirvədə əsas müzakirə mövzuslarından biri olacaq.

Liderlərin toplantısından əvvəl AB xarici işlər nazirləri bazar ertəsi günü toplanacaq və zirvədə veriləcək qərarları müzakirə edəcəklər.

Zirvəyə bir neçəgün qalmış Fransa, Yunanıstan və Cənubi Kipr AB çərçivəsində Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması üçün səylərini artırıb. Yunanıstan Baş naziri Kiryakos Miçotakis və Xarici işlər naziri Nikos Dendias Türkiyəyə qarşı addımlar atmaq üçün AB ölkələrində aktiv görüşlər keçirməyə başlayıb. Afina AB ölkələrini öz tərəfinə çəkmək üçün çox səy göstərir.

Türkiyə məsələsində ikiyə bölünən AB-də mövqelər dəqiqləşməyə başlayıb. AB-nin dönəm sədri Almaniya başda olmaqla, İspaniya, İtaliya, Macarıstan, Polşa, Rumıniya və Bolqarıstan önümüzdəki həftə keçiriləcək zirvədə Türkiyəyə qarşı sanksiyalar qəbul etməyə hazır olmadıqlarını açıqlayıblar.

Fransa, Yunanıstan və Cənubi Kiprdən başqa Avstriyanın da sanksiyaları dəstəklədiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər