Yunanıstan Baş naziri Kiryakos Miçotakis Türkiyə ilə yaşadıqları mübahisələri “Türkiyə-Avropa Birliyi (AB) mübahisəsi”nə çevirə bildiklərini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Miçotakis bir televiziya kanalında qatıldığı proqramda 10-11 dekabr tarixlərində keçiriləcək Aralıq dənizinin şərqindəki son durum və AB Liderləri Zirvəsi ilə əlaqədar açıqlamalar verib.
“Yunanıstan-Türkiyə mübahisəsini Türkiyə-AB mübahisəsinə çevirə bildik”,- deyən Miçotakis oktyabr sammitində Türkiyəyə bir şans verildiyini söyləyib.
Miçotakis Avropanın Türkiyə ilə münasibətlərini yenidən nəzərdən keçirməli olduğunu iddia edib. Bununla belə, Afinanın Ankara ilə danışmağa hazır olduğunu bildirib: “Bu çərçivədə dənizimizdə gərginlik olmamaq şərti ilə yeganə mövzumuz olan qitə şelfi və dəniz bölgələrinin müəyyənləşdirilməsindən danışmağa hazırıq. Çözüm tapa bilmiriksə, gəlin, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edək, qərara hörmət göstərəcəyik”.