8 Dekabr 2020 20:59
5 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyi Yunanıstan məsələlərində dürüst vasitəçi rolunu oynamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu macar həmkarı Peter Siyarto ilə görüşündə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu proses zamanı Yunanıstan və Yunan Kiprinin təxribatçı addımlarını gördük, bu müddətdə AB Yunanıstan və Yunan Kiprin masaya gətirə bilərdi, amma bu baş vermədi. Yunanıstanın təxribatçı münasibəti davam edir. Çox səbirli idik, amma Yunanıstan dialoqa gəlmədi. AB bu həqiqətləri görməlidir, birtərəfli bəyanatların şahidi oluruq, bu, doğru deyil”, - nazir qeyd edib.

Peter Siyarto isə hesab edir ki, Brüssel məsuliyyətsiz bir immiqrasiya siyasəti yürüdür:

“AB Türkiyəyə təşəkkür etməlidir. 4 milyon immiqrantı qəbul edib. İstəyirsən bəyən, istəmirsən bəyənmə - Avropanın təhlükəsizliyi Türkiyənin əlindədir.

Türkiyə hər baxımdan AB üçün strateji tərəfdaşdır. Türkiyəyə qarşı ikili standartlara icazə verilməməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər