Liviyada qiyamçı Xəlifə Haftar ordusu tərəfindən saxlanılan türk gəmisi haqda yeni məlumatlar ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, gəmi qadağan edilən əraziyə daxil olduğu üçün saxlanılıb.
17 personalı olan gəmidə işləyənlərdən biri də azərbaycanlıdır.
Məlumata görə, gəmi Misirdən Liviyanın Misrata limanına yük daşıyırmış.
Yük əsasən dərman və digər tibbi ləvazimatlardan ibarət olub.
Qeyd edilib ki, qadağan edilən bölgəyə daxil olan gəmiyə pul cəriməsi edilib.
Pul ödənildikdən sonra gəminin buraxılacağı və personalı ilə birlikdə yoluna davam edəcəyi bildirilib.