9 Dekabr 2020 12:03
14 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Parisə yeni təyin olunan səfiri Ali Onaner Fransa Prezidenti Emmaniuel Makronun sinif yoldaşıdır.

Teleqraf.com xəbər verir ki, fransız mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təyin olunan səfiri “sülh budağı” adlandırıb.

Bundan əvvəl Tunisdə səfir olan Onaner seçkilərdə qələbə qazanarkən Emmanuel Makronu təbrik edərək, Tvitterdə bir foto paylaşmışdı.

Fransız mediası bu təyinatı “sülh budağı” kimi qiymətləndirir.

“La Point” qəzeti Ərdoğanın qərarını “Makronun dostu Onaner Paris səfiri təyin olundu” başlığı ilə manşetə çıxarıb.

Onanerlə Makronun 2002-2004-cü illərdə birgə təhsil aldığını yazan “Le Point” mükəmməl səviyyədə fransız dilində danışan Onanerin Tunisdə səfir olarkən, Türkiyənin Liviya siyasətini ən yüksək formada dəstəklədiyinə də diqqət çəkib.

Fransa Liviya məsələsində Türkiyədən fərqli olaraq, qiyamçı Haftar qüvvələrinə dəstək verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər