İlkin nəticələrə görə ABŞ Prezidenti seçilən Cozef Bayden Ağ Evin daxili siyasət üzrə məsul şəxsi olacaq Syuzan Raysla yanaşı, administrasiyanın yeni üzvlərini təqdim edib.
Teleqraf.com xəbər verir ki, Bayden baş prokuror vəzifəsi istisna olmaqla demək olar ki, bütün əsas vəzifələrə namizədlərin adını açıqlayıb.
Obaman dövründə vəzifədə olan Tim Vilsack Kənd təsərrüfatı katibi, həmin dönəmdə Ağ Evin Baş katibi Denis MaqDona Veteranlar İşləri üzrə nazir olacaq. Digər tanış sima Obamanın keçmiş Milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-dəki keçmiş səfiri Syuzan Raysdır. O, Bayden administrasiyasında prezidentin daxili siyasət üzrə müşaviri olacaq.