Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları qondarma “Donetsk Xalq Respublikası” separatçıları tərəfində döyüşməyə gedən Polşa vətəndaşlarını saxlamağa müvəffəq olub.
Hərbçilər separatçıların tərəfdarlarını Polşa-Ukrayna sərhədində yaxalyıblar. Saxlanılan şəxslərin özlərini “polyak avrasiyalı” adlandıran Polşada fəaliyyət göstərən “Falanga” millətçi təşkilatının üzvləri olduğu bildirilir.
Teleqraf.com-un “Gazeta.ru”ya istinadən məlumatına görə, bu barədə Gazeta Wyborcza nəşri məlumat yayıb.