“Amerikanın yeni Prezidenti Co Baydenin rəhbərliyi altında ABŞ və Rusiya arasında siyasi və hərbi sahələrdə rəqabət davam edəcək, münasibətlərdə heç bir irəliləyiş olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.
“Güman edirəm ki, növbəti prezidentin dövründə ABŞ-ın xarici dünya ilə, o cümlədən Rusiya ilə münasibətləri eyni prinsip əsasında qurulacaq. Buna görə də Rusiya-Amerika münasibətlərində də heç bir irəliləyiş olmayacaq. Siyasi, iqtisadi və hərbi sahələrdə kəskin rəqabət qalacaq”, - Kosaçev bildirib.
O hesab edir ki, Rusiya yeni gərginliyə hazır olmalıdır. Kosaçev ABŞ-ın yeni rəhbərliyinin Rusiyaya qarşı fərqli metodlarla mübarizə aparacağını da istisna etməyib.