16 Dekabr 2020 10:56
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) ABŞ-ın sanksiya qərarından sonra Türkiyəni dəstəklədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türk Şurası baş katibinin köməkçisi Qismət Gözəlov açıqlama verib.

“ABŞ-ın Türkiyəyə təktərəfli sanksiya tətbiq etmək qərarı haqsızlıqdır. Türkiyənin yanındayıq. Türkiyənin bu məsələni dialoq və diplomatik yolla obyektiv, real və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə təklifini dəstəkləyirik”, - açıqlamada qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər