17 Dekabr 2020 21:45
6 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda insan haqlarının kobud şəkildə pozulmasına dair qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, Kanadanın təklif etdiyi qətnamə 82 lehinə, 30 əleyhinə və 64 bitərəf səslə qəbul olunub. Məlum qətnamənin qəbul edilməsi ilə İranın insan hüquqları dosyesı bir il daha açıq qalacaq.

Qətnamədə edamların sayının çox olmasından narahatlıq ifadə olunaraq, 18 yaşınadək məhkumların edamı İranın beynəlxalq öhdəliklərini pozması kimi dəyərləndirilir. Qətnamədə İran həbs edilən vətəndaşlara qarşı qeyri-insani, qəddar, alçaldıcı davranmaması və işgəncələrə son verməsi tələb edilir. Müxalifətə qarşı sistemli repressiyalara, qanunsuz həbslərə, müstəqil fikirli insanların oğurlanması və yox edilmsinə son qoymağa çağırılıb. BMT Baş Assambleyasının qətnaməsi daha sonra İrandan məhbusların problemini həll etməyə və qadın hüquqlarını müdafiə etdiyi üçün tutulanları dərhal sərbəst buraxmağı tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər