Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçən həftə Böyük Britaniyada aşkarlanan daha yoluxucu COVID-19 tipi barədə açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, ÜST öz Tvitter hesabında yeni SARS-CoV-2 koronavirus ştammını şərh edib.
Təşkilatın açıqlamasında qeyd edilir:"Yeni tip COVID-19 ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx təmasdayıq. Məlumat və təhlil nəticələri və davam edən tədqiqatları bölüşməyə davam edəcəklər. Bu tip virusların xüsusiyyətləri və nəticələri barədə daha çox məlumat əldə etdikdə üzv-dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq".