Rusiyalı yazıçı və ssenarist Aleksandr Kurlyandski 83 yaşında Moskvada vəfat edib.
Teleqraf.com xəbər verir ki, Kurlyandski Moskvada anadan olub, Moskva İnşaat və Mühəndislik İnstitutunu bitirib.
Ali məktəbi bitirdikdən sonra animasiya ilə maraqlanıb.
O, məşhur Nu, poqodi” (“Yaxşı, gözlə”) cizgi filminin ssenari müəllifidir. Kurlyandski ilk dəfə film sahəsində bununla görünüb. Bundan başqa, “Möhtəşəm Qoşa”, “Qaçan tutuquşunun dönüşü” və s. seriallarının ssenarilərini də yaradıb.
Kurlyandski yumoristik hekayələr yazıb, bəziləri “Yeralaş” kinoteatrına daxil edilib.
1970 və 1977-ci illərdə “Qızıl Dana” mükafatını alıb, 1988-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.