25 Dekabr 2020 10:57
6 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın baş qərargah rəisi Konstantin Floros və müdafiə naziri Nikos Panayotopoulos hərbi statusu olmayan adalarda yerləşdirilən yunan hərbi qüvvələrinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, Floros hərbi hissələrin hazır vəziyyətə gətirilməsi əmri verdiyini açıqlayıb.

Yunanıstan baş qərargah rəisi və müdafiə nazirinin Türkiyənin Aydın bölgəsinə 4-6 mil məsafədə yerləşən Bulamaç və Eşşək adaları, o cümlədən Lemnosdakı hərbi hissələrə baş çəkdiyi bildirilib.

Adalardakı quru, hava və dəniz bazalarındakı qüvvələri yoxlayan Floros səfəri ilə əlaqədar verdiyi açıqlamada deyib: “Hərbi hissələrin hazır vəziyyətdə olmasını tapşırdım”.

Türkiyə mediası yunan generallarının bu səfərini təxribat kimi qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər