29 Dekabr 2020 12:45
13 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

10:28

ABŞ Nümayəndələr Palatası Prezident Donald Tramp tərəfindən veto qoyulan 2021-ci il üçün müdafiə büdcəsi qanun layihəsini səs çoxluğu ilə yenidən təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasında 322 senator lehinə, 87 senator isə sözügedən qanun layihəsinin əleyhinə səs verib.

Əgər layihə Senatda da təsdiqini tapsa, Trampın veto qərarı ləğv ediləcək. Bunun üçün konqresmenlərin üçdə ikisinin layihənin lehinə səs verməsi lazımdır.

740 milyard dollarlıq müdafiə büdcəsi layihəsi Konqresin hər iki qanadından keçərsə, bu, qüvvəyə minəcək və Trampın hakimiyyətdə olduğu dövrdə “veto hüququnu keçən ilk qanun layihəsi” kimi qeyd ediləcək.

ABŞ Prezidenti Tramp dekabrın 23-də Konqresdə qəbul edilmiş 740 milyard dollarlıq müdafiə büdcəsi layihəsinə (NDAA) veto qoymuşdu.

NDAA-da Rusiya ilə münasibətlərin məhdudlaşdırılması və sanksiyaların tətbiq edilməsi, o cümlədən Türkiyəyə sanksiyaların tətbiq edilməsi, Almaniya və Cənubi Koreyadakı hərbi qüvvələrin sayının azaldılmasının qadağan edilməsi kimi təkliflər yer alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər